Prezident İlham Əliyev: “Ermənistan Şuşanı “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı”

Prezident İlham Əliyev: “Ermənistan Şuşanı “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı”

Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu raketlər olmamalı idi. Artıq bu, əyani sübutdur. Ermənistanın hərbi cinayətinin sübutudur və biz cavab istəyirik. Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq.

“Poliqon” xəbər verir ki, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bildirib.

“Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”, – deyə dövlət başçısı vurğulayıb.

Poliqon.az

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş