Prezident İlham Əliyev: Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var

Prezident İlham Əliyev: Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var

Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi. Ermənistan terror dövlətidir, bu terrorun bir çox əlamətləri var.

“Azeri Defence” saytının məlumatına görə, bu barədə Prezident İlham Əliyev xalqa müraciətində deyib.

“Tarixi abidələrimizin dağıdılması, mülki əhaliyə qarşı törədilən soyqırımı, meşələrimizin qırılması, çaylarımızın məcrasının dəyişdirilməsi və digər əlamətlər var. Baxın, Kəlbəcərdən başlayan Tərtər çayının suyu Sərsəng su anbarında və ondan sonra Suqovuşan su anbarında yığılırdı, işğalçının maraqlarını təmin edirdi, bizə isə su gəlmirdi. Biz Suqovuşan qəsəbəsini alandan sonra indi artıq suyun verilməsi başlamışdır və 100 min hektara suyun verilməsi nəzərdə tutulur”, – deyə dövlət başçısı vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş