Prezident İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib

Prezident İlham Əliyev Gürcüstanın Müdafiə nazirini qəbul edib

Prezidenti İlham Əliyev martın 5-də Gürcüstanın Müdafiə naziri İrakli Qaribaşvilini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumt verib.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə inkişafından məmnunluq ifadə olunub. İki ölkənin birgə iştirak etdiyi mühüm enerji layihələrinin əhəmiyyəti vurğulanıb, Cənub Qaz Dəhlızinin uğurla reallaşmasının önəmi qeyd edilib.

Söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlığın, investisiya qoyuluşunun Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafına töhfə verdiyi bildirilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş