Prezident İlham Əliyev: Pakistan tərəfinin bəyanatı bizim haqq işimizi tam dəstəkləyir

Prezident İlham Əliyev: Pakistan tərəfinin bəyanatı bizim haqq işimizi tam dəstəkləyir

“Biz Azərbaycanın ərazi bütövlüyü məsələləri ilə bağlı Pakistanın qətiyyətli mövqeyinə görə minnətdarıq. Pakistan Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə Ermənistanı tanımayan ölkədir. Bu, qardaşlığın əsl nümayişidir”.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bilal Hayenin etimadnaməsini qəbul edərkən deyib.

“Bütün hallarda Pakistan həmişə bizim yanımızdadır və mən buna görə minnətdaram. Sizdən ölkənizin Xarici İşlər nazirinə mənim minnətdarlığımı çatdırmağınızı xahiş etmək istəyirəm. Bildiyiniz kimi, Pakistanın Xarici İşlər naziri bu yaxınlarda Ermənistanın ölkəmizə qarşı təxribatı ilə bağlı bəyanat vermişdir. Bu bəyanat bizim haqq işimizi tam dəstəkləyir”, – deyə  Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş