Prezident İlham Əliyev: Qarabağ Azərbaycanındır!

Prezident İlham Əliyev: Qarabağ Azərbaycanındır!

“Bu gün səhər Ermənistan hərbi qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutub”.

Azeri Defence saytının məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlət başçısı deyib ki, düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var: “Allah şəhidlərimizə rəhmət etsin. Onların qanı yerdə qalmayacaq”.

“Bu gün Azərbaycan ordusu torpağında düşmənə sarısıcı zərbə endirir”, – deyə Prezident bildirib.

“Ermənistan ordusunun bizim torpağımızda nə işi var”, – deyən Prezident İlham Əliyev bildirib ki, qondarma Dağlıq Qarabağ ordusunun əsgərlərinin 90 faizi Ermənistan. vətəndaşıdır.

“Qarabağ bizimdir! Qarabağ Azəbaycanındır!”, – deyə dövlət başçısı bəyan edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş