Prezident İlham Əliyev: “Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər”

Prezident İlham Əliyev: “Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər”

“Bu il Azərbaycanda “Vertolyotı Rossii” şirkəti ilə birlikdə helikopterlərin təmiri və onlara xidmət üzrə servis mərkəzinin təməli qoyulub”.

“AzeriDefence”nin məlumatına görə, bunu “Rossiya-24” televiziya kanalına müsahibəsində Prezident İlham Əliyev bildirib.

“Bizdə Rusiya istehsalı olan 100-dən çox helikopter var və əlbəttə, onlara servis tələb olunur. Biz hesab edirik ki, bu mərkəz həm də regional xarakterli olacaq və Rusiya hərbi texnikasına malik qonşu ölkələr bizim imkanlarımızdan istifadə edəcəklər”, – deyə dövlət başçısı bəyan edib.

Prezident İlham Əliyev müsahibəsində həmçinin hərbi-texniki əməkdaşlıq məsələlərinə də toxunub: “Hərbi-texniki əməkdaşlıq baxımından da bu il uğurlu olub. Biz əvvəllər imzalanmış, həcmi milyard dollarlarla ölçülən kontraktların reallaşmasını davam etdirmişik, bu sahədə mövcud dinamikanın qorunub saxlanması üçün yeni kontraktlar bağlanması imkanlarını müfəssəl müzakirə etmişik”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş