
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Prezident İlham Əliyev dekabrın 21-də Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçevi qəbul edib.
“Azeri Defence” xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Görüşdə Azərbaycanla Rusiyanın müxtəlif qurumları, o cümlədən Fövqəladə Hallar nazirlikləri arasında uğurlu işçi əməkdaşlığın həyata keçirildiyi bildirilib və bu sahədə təcrübə mübadiləsinin önəmi qeyd edilib.
KATEQORIYA: Xəbərlər