Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər

Prezident İlham Əliyev və Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.

“Azeri Defence” xəbər verir ki, dövlət başçıları Ulu Öndərin məzarı önünə əklillərqoyublar.

KATEQORIYA:
Bu xəbəri paylaş