Prezident İlham Əliyev açıqladı: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub

Prezident İlham Əliyev açıqladı: 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub

Prezident İlham Əliyev özünün Twitter hesabında Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş yaşayış məntəqələrinin adlarını elan edib.

“Azeri Defence”nin məlumatına görə, dövlət başçısı Twitter hesabında yazıb:

“Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bu gün Prezident İlham Əliyev, həmçinin Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərinin işğaldan azad olunduğunu elan edib.

Bununla noyabrın 9-da 71 kənd, 1 qəsəbə, 8 strateji yüksəklik işğaldan azad olunub.

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş