Prezident İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqladı

Prezident İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqladı

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunan yeni yaşayış məntəqələrinin adlarını açıqlayıb.

“Azeri Defence” saytının məlumatına görə, Prezident İlham Əliyev rəsmi “Twitter” hesabında bildirib:

“Müzəffər Azərbaycan Ordusu Füzulinin Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Xocalının Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx, Cəbrayılın Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qubadlının Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Zəngilanın Keçikli, Ördəkli kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş