Prezident İlham Əliyev “Leonardo” şirkətinin direktoru ilə görüşüb

Prezident İlham Əliyev “Leonardo” şirkətinin direktoru ilə görüşüb

Prezident İlham Əliyevin fevralın 14-də Münxendə “Leonardo” şirkətinin baş icraçı direktoru Alessandro Profumo ilə görüşü olub.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Görüşdə Azərbaycan ilə İtaliya arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qeyd olundu ki, Azərbaycan və İtaliya siyasi, iqtisadi-ticari və digər sahələrdə yaxşı əməkdaşlıq edirlər, hökumətlərarası komissiya səmərəli fəaliyyət göstərir.

Görüşdə vurğulanıb ki, İtaliya şirkətləri Azərbaycanda icra olunan layihələrin həyata keçirilməsində yaxından iştirak edirlər.

Söhbət zamanı əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Leonardo” şirkəti Avropa və dünyanın ən böyük müdafiə sənayesi holdinqlərindən biridir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş