Prezident İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib

Prezident İlham Əliyev Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktorunu qəbul edib

Azərbaycanın Prezidenti İlham Əliyev dekabrın 18-də Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovu qəbul edib.

“Azeri Defence” xəbər verir ki, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Rusiya Prezidenti Vladimir Putinin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə bölgədə mövcud vəziyyət, münaqişənin həlli, üçtərəfli Bəyanatın müddəalarının icrası müzakirə edilərək, vəziyyətin sabit olduğu bildirilib.

Söhbət zamanı Azərbaycanla Rusiya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Prezident İlham Əliyev Rusiya dövlətinin başçısının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Prezidentinə çatdırmağı xahiş edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş