Prezident İlham Əliyev: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi”

Prezident İlham Əliyev: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi”

Şuşa işğaldan azad ediləndən sonra artıq düşmən dərk elədi ki, bundan sonra bizə qarşı müqavimət göstərməyin heç bir əhəmiyyəti yoxdur.

“Azeri Defence” saytının məlumatına görə, bunu Prezident İlham Əliyev ötən gün Füzuli şəhərinə səfəri zamanı deyib.

Dövlət başçısı bildirib ki, Şuşa işğaldan azad olunandan bir gün sonra qəhrəman Azərbaycan Ordusu daha 70-dən çox yaşayış məntəqəsini işğalçılardan azad edib.

“Əslində, bu, düşmənə vurulan son zərbə idi. Təsadüfi deyil ki, noyabrın 10-da düşmən faktiki olaraq kapitulyasiya aktını imzaladı. Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi.

Şuşanın azad edilməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bizim qəhrəman hərbçilərimiz Şuşanı dağlardan, meşələrdən, çığırlardan keçərək, yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir”, – deyə dövlət başçısı bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş