Prezident İlham Əliyev: “Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək, bunu kimsə gözləməsin”

“Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək”.

“AzeriDefence”nin məlumatına görə, bunu 4-cü ordu korpusunda hərbçilərlə görüşündə prezident İlham Əliyev bəyan edib.

“Kimsə bunu gözləyirsə əbəs yerə gözləməsin. Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır”, deyə prezident vurğulayıb.

Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan Ordusu ən müasir silahlarla silahlanır və qarşıya qoyulan tapşırıqları həll etmək iqtidarındadır.

KATEQORIYA:
Bu xəbəri paylaş