Prezident İlham Əliyev Elçin Quliyevi “Azərbaycan Bayrağı” ordeni ilə təltif edib

Azərbaycan prezidenti İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərancam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Sərancama əsasən Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Elçin İsağa oğlu Quliyev “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş