Prezident İlham Əliyev İranın Sərhəd Qoşunlarının Komandanını qəbul edib

Prezident İlham Əliyev İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Bu yaxınlarda İrana uğurlu səfərini məmnunluqla xatırlayan dövlət başçısı səfərin gözəl nəticələr verdiyini, ölkələr arasında əməkdaşlığa dair ikitərəfli 12 sənədin imzalanmasının önəmini qeyd edib. Prezident İlham Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirib.

İran və Azərbaycan Sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlət başçısı İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandanı Qasım Rzayinin Azərbaycana səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirib. İki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş