Prezident İlham Əliyev: “Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri gələn il də davam edəcək”

 

“Azərbaycanda ordu quruculuğu ilə bağlı da ölkədə mühüm işlər görülür, bu sahə gələn il də prioritet olacaq, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlərin görüləcək”.

“AzeriDefence”nin məlumatına görə, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bildirib .

Qoşunların təmas xəttində Azərbaycanın tam üstünlüyə yiyələndiyini, düşmənin bütün təxribatlarının qarşısının alındığını deyənprezident ötən ay təmas xəttində düşmənin təxribat qrupunun məhv edildiyini, ağır itkilər verdiyini bildirib.

“Azərbaycan təmas xəttində tam üstünlüyə yiyələnib, düşmənin bütün təxribatlarının qarşısının alınıb, ötən ay təmas xəttində düşmənin təxribat qrupu məhv edilib, ağır itkilər verib”, -deyə prezident İlham Əliyev vurğulayıb .

Prezident “Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”- deyib.

Ermənistandakı kriminal diktatura rejiminin Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olması ilə bağlı verdiyi bəyanata toxunan dövlət başçısı bildirib ki, dünya birliyi və beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır: “Bu gərgin psixoloji durumda verilən bəyanat Ermənistan rəhbərliyini ifşa və biabır edir”.

KATEQORIYA:
Bu xəbəri paylaş