Prezident İlham Əliyev: Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik

“Biz Pakistandan ən müasir, yüksək texnologiyalı silahlar almaq istəyirik və bu məsələdə tam anlaşmamız var”.

“Azeri Defence”nin məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Pakistanın baş naziri Məhəmməd Nəvaz Şəriflə birgə mətbuat qarşısında çıxışında bildirib.

President İlham Əliyev müzakirələrin əhəmiyyətli hissəsinin hərbi sahədə əməkdaşlığa həsr olunduğunu qeyd edib: “Bizim çox yaxşı əməkdaşlığımız var və bu gün biz ölkələrimizin silahlı qüvvələri arasında birgə hərbi təlimlə bağlı planları müzakirə etdik. Eyni zamanda, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var və biz bu sahədə əməkdaşlığı çox ətraflı müzakirə etdik. Azərbaycan da demək olar 10 ildir ki, öz müdafiə sənayesini inkişaf etdirir. Beləliklə, biz birgə istehsalatı qurmaq üçün müştərək şəkildə işləyə bilərik”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş