Prezident İlham Əliyev: “Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni müqavilələr üzrə danışıqlar aparırıq”

“Rusiya ilə hərbi-texniki əməkdaşlığa dair yeni müqavilələr üzrə danışıqlar aparırıq, bu istiqamətdə heç bir məhdudiyyət görmürük”.

“AzeriDefence”nin məlumatına görə, bunu İsveçrənin Davos şəhərində keçirilən Ümumdünya İqtisadi forumu çərçivəsində “RİA Novosti” agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, bu daim diqqət mərkəzimizdə olan prosesdir: “Hazırda danışıqlar gedir. Siz daha yaxşı bilirsiniz ki, Rusiyanın hərbi sənayesi inkişaf edir, yeni müasir silahlar yaranır. İndi hansısa konkret adlar haqqında danışmaq çətindir, amma bütovlükdə bu sahədə əməkdaşlığımız səmərəlidir”.

Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan Rusiya ilə 5 milyard dollar dəyərində müqavilələr bağlayıb.

“Onların əksəriyyəti reallaşdırılıb. Biz alınmaları aldıq. İndi əməkdaşlıq üzrə gələcək planlar üzərində işləyəcəyik. Azərbaycanda və Rusiyada heç bir məhdudiyyət yoxdur”, – deyə dövlət başçısı bildirib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş