Prezident müdafiə sənayesi işçilərini təltif etdi

Prezident İlham Əliyev müdafiə sənayesi işçilərini təltif edib. Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Prezidentin sərəncamı ilə Müdafiə Sənayesi Nazirliyinin (MSN) əməkdaşları Cəfərov Firad Dadaş oğlu, Əliyev Çingiz Paşa oğlu, Hacıyev Konstantin Hacıağa oğlu və Nuşiyev Mövludpaşa Məmmədxan oğluna “Əməkdar mühəndis” fəxri adı verilib.

Müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə Babayeva Kəmalə Ələkbər qızı, Fətəliyev Vəli Muxtar oğlu, Mozqunova Tatyana Maratovna, Salahova Leyla Yunis qızı, Süleymanova Ülkər Məhəmməd qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Babayeva Zülfiyyə Aslan qızı, Cəfərquliyev Fərhad Bəhlul oğlu, Ələkbərov Rasim Ələkbər oğlu, İbadova Məlahət Əsədxan qızı, Quliyev Rəhman İsmayıl oğlu, Qurbanov Ənvər Cəllad oğlu, Məmmədov Mehman Hüsan oğlu, Nuriyev Tahir Faiq oğlu, Salahova İradə Yunis qızı və Vəliyeva Almaz Salman qızı “Tərəqqi” medalı ilə təltif olunublar.

KATEQORIYA:
Bu xəbəri paylaş