Prezident Müdafiə Nazirliyinin hərbi qulluqçularını təltif etdi – SİYAHI

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularının təltif edilməsi barədə sərəncamlar imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusunun qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Natiq Avıl oğlu – general-mayor

Əmirağayev İslam Şixzadə oğlu – polkovnik

“Vətən uğrunda” medalı ilə

Mənsimov Tehran Cavid oğlu – polkovnik

Seyfullayev Kutais Qüdrət oğlu – polkovnik

Hətəmov Baba Ələmdar oğlu – polkovnik-leytenant

Nəciyev İlqar Rəşid oğlu – polkovnik-leytenant

Nuriyev Xizri Əhməd oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Cəlalov Zaur Alxaz oğlu – polkovnik

Fərhadov Cavid Mövlud oğlu – polkovnik-leytenant

Həsənov Anar Yaqub oğlu – polkovnik-leytenant

Şıxəliyev Aydın Bəhman oğlu – polkovnik-leytenant

Eynullayev Əli Höküməli oğlu – gizir

Şıxəliyev Səftər Tapdıq oğlu – gizir

“Hərbi xidmətlərə görə” medalı ilə

Eyyubov Teymur Tərlan oğlu – general-mayor

Bəkirov Sübhan Kamal oğlu – polkovnik

Həsənov İlqar Məhər oğlu – polkovnik

Həsənov Məhərrəm Əşir oğlu – polkovnik

Quliyev Əziz Qədir oğlu – polkovnik

Pənahov Elşad İslam oğlu – polkovnik

Ağakişiyev Asif Əli oğlu – polkovnik-leytenant

Mirzəyev Aşur Hacıağa oğlu – polkovnik-leytenant

Mirzəyev Anar Mehman oğlu – mayor

Baxşəliyev Nizami Fizuli oğlu – baş leytenant.

Dövlət başçısının digər sərəncamı ilə Müdafiə Nazirliyinin İdarə rəisi polkovnik Rauf Kişiyevə “Əməkdar hüquqşünas”, Mərkəzi Hərbi Hospitalın rəisi, tibb xidməti polkovnik-leytenantı Tofiq Tağıyevə “Əməkdar həkim” fəxri adı verilib.

KATEQORIYA:
Bu xəbəri paylaş