Prezident müdafiə sənayesi işçilərini təltif edib

Prezident İlham Əliyev Müdafiə Sənayesi Nazirliyinin əməkdaşlarının təltif edilməsi barədə sərəncam imzalayıb .

“AzeriDefence”nin prezidentin saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının sərəncamı ilə müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə MSN-in əməkdaşları Allahverdiyev Namiq Nadir oğluna, Cəfərquliyev Fərhad Bəhlul oğluna və Nəzərov İlqar Ələkbər oğluna “Əməkdar mühəndis” fəxri adı verilib . Nazirliyin 10 nəfər əməkdaşı “Tərəqqi” medalı, 5 nəfər əməkdaşı isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

 

KATEQORIYA:
Bu xəbəri paylaş