Prezident müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında qanunu təsdiqləyib

Prezident müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında qanunu təsdiqləyib

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışı müddətinin uzadılması haqqında qanunu təsdiqləyib.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Qanuna əsasən Azərbaycan vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışının müddəti 2020-ci il mayın 31-dək uzadılıb.

Prezident İlham Əliyev həmçinin “Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən adında “30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və” sözləri “mayın 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və aprelin 1-dən 30-dək” sözləri ilə əvəz edilib. 2. 1-ci hissədə “çağırış gününədək” sözləri “2020-ci il aprelin 30-dək” sözləri ilə, “30-dək” sözləri “mayın 31-dək” sözləri ilə əvəz edilib.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş