Prezident müharibə və Çernobıl əlillərinin avtomobillə təmin edilməsi üçün vəsait ayırıb

Prezident müharibə və Çernobıl əlillərinin avtomobillə təmin edilməsi üçün vəsait ayırıb

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı il 20 Yanvar hadisələri ilə əlaqədar, habelə Çernobıl AES-də qəza nəticələrinin aradan qaldırması ilə əlaqədar əlilliyi olan şəxslərin, İkinci Dünya müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi nəqliyyat almaq üçün tibbi göstərişlər üzrə avtomobillə təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azeri Defence saytının məlumatına görə, Prezident İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2 878 020 manat ayrılıb.

 

KATEQORIYA:
Bu xəbəri paylaş