Prezident Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun binasının açılışında iştirak edib

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunun yeni inzibati binasının açılışında iştirak edib. Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov məlumat verib ki, altı mərtəbədən ibarət olan və xüsusi memarlıq quruluşuna malik binada hərbi prokurorluq əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli fəaliyyətin təkmilləşdirilməsi, müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunmaqla mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, bütün istiqamətlər üzrə işin səmərəliliyinin və əməkdaşların peşəkarlığının artırılması, yeni nəsil hərbi prokurorluq işçilərinin yetişdirilməsi, onların sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki təminatın yaxşılaşdırılması üçün konkret tədbirlər davam etdirilir.

KATEQORIYA:
Bu xəbəri paylaş