Prezident Orxan Sultanovu “Vətənə xidmətə görə” ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Orxan Sultanovun 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin rəsmi saytına istinadən məlumat verib.

Sərəncamda göstərilir ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Orxan Sedyar oğlu Sultanov 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

KATEQORIYA:
Bu xəbəri paylaş