Prezident: Raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib

Prezident: Raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib

Rusiyanın vasitəçiliyi ilə aparılmış danışıqlara hörmətsizlik və erməni faşizminin növbəti təzahürüdür. Bu alçaq əməllər Azərbaycan xalqının iradəsini heç vaxt sındıra bilməz!

“Azeri Defence”nin məlumatına görə bunu Prezident İlham Əliyev “Twitter” hesabında yazıb.

Dövlət başçısı bildirib ki, Ermənistan atəşkəs rejimini kobud şəkildə pozub, Gəncə şəhərinin dinc sakinlərini raketlə atəşə tutub.

“Bu, müharibə cinayətidir və Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Həmin raket hücumu Ermənistanın Vardenis rayonundan həyata keçirilib. Nəticədə Azərbaycanın 41 mülki şəxsi həlak olub, 200 nəfərdən çoxu isə yaralanıb. Ermənistan tərəfinin məqsədi işğaldan azad edilmiş əraziləri yenidən işğal etməkdir”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş