Prezident: Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyinin təmin olunmasında iştirak edəcək

Prezident: Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyinin təmin olunmasında iştirak edəcək

Qarabağda azərbaycanlıların və ermənilərin təhlükəsizliyinin təmin olunmasında Rusiya və Türkiyə iştirak edəcək.

“Azeri Defence” saytının məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib edib ki, region ölkələri Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin bəyanatını dəstəkləyiblər.

“Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi – Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş