Prezident Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunu qəbul edib – YENİLƏNİB

Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bu gün Bakıya səfər edib.

Bu barədə “AzeriDefence” prezidentin saytına istinadən məlumat verib.

S.Narışkin prezident İlham Əliyevlə görüşüb.

Söhbət zamanı Azərbaycan-Rusiya strateji tərəfdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi qeyd olunub, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, bütün sahələrdə olduğu kimi, təhlükəsizlik sahəsində də əməkdaşlıq uğurla davam edir.

Görüşdə regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş