Prezident səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb

Prezident səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında sərəncam imzalayıb.

Bu barədə “Azeri Defence” Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Sərəncama əsasən, Azərbaycan Prezidentinin 2020-ci il 28 sentyabr tarixli 2280 nömrəli Sərəncamına əsasən hərbi xidmətə çağırılmış hərbi qulluqçular 2020-ci il dekabrın 25-dən 2021-ci il aprelin 15-dək mərhələli şəkildə səfərbərlik üzrə hərbi xidmətdən tərxis ediləcək.

Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bu Sərəncamın 1-ci bəndinin icrası barədə Azərbaycanın Prezidentini mütəmadi olaraq məlumatlandıracaq.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş