
Prezident şəhid general-mayor Polad Həşimovun adının əbədiləşdirilməsi üçün tapşırıq verib
Prezident İlham Əliyev şəhid general-mayor Polad Həşimovun adının əbədiləşdirilməsi üçün tapşırıq verib.
Azeri Defence saytının məlumatına görə, iyulun 29-da Qəbələ rayonunda Əmirvan-Vəndam avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilməsi mərasimində çıxış edən dövlət başçısı Vəndam kəndində doğulmuş general Polad Həşimovun qəhrəmanlığından danışıb.
Prezident İlham Əliyev general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi üçün Qəbələnin küçələrinin birinə adının verilməsi və digər müvafiq tədbirlər barədə tapşırıqlarını verib.
KATEQORIYA: Xəbərlər
TEQLƏR Manşet