Prezident sabiq müdafiə nazirini təltif etdi

Prezident İlham Əliyev Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayevin təltif olunması barədə sərəncam imzalayıb.

Sərəncama əsasən respublikanın ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə Dadaş Qərib oğlu Rzayev “Şöhrət” ordeni ilə təltif edilib.

Qeyd edək ki, D. Rzayev 1993-cü ildə Azərbaycanın müdafiə naziri olub.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş