Prezident Səfərbərlik Xidmətinin iki hərbi qulluqçusuna general-mayor ali hərbi rütbəsi verdi

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, prezidentin sərəncamı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçuları polkovnik Zaur Qasım oğlu Abdullayevə və polkovnik Səxavət İbrahim oğlu Salmanova “general-mayor” ali hərbi rütbəsi verilib.

Qeyd edək ki, Z. Abdullayev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin I müavini, S. Salmanov isə Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisidir.

KATEQORIYA:
Bu xəbəri paylaş