Prezident: Türkiyədən əldə etdiyimiz dronlarla Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik

Prezident: Türkiyədən əldə etdiyimiz dronlarla Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik

Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə.

“Azeri Defence”nin məlumatına görə, bunu Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan başqa mənbələrdən olan dronlardan da istifadə edir.

“Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər”, – deyə Prezident İlham Əliyev qeyd edib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş