Prezident vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Prezident vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında sərəncam imzalayıb.

Bu barədə “Azeri Defence” Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

KATEQORIYA:
Bu xəbəri paylaş