Prezident Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının yeni azad edilən kəndlərinin adlarını açıqladı

Prezident Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlının yeni azad edilən kəndlərinin adlarını açıqladı

Azərbaycanın Prezidenti İlham Əliyev yeni azad edilən kəndlərin adlarını açıqlayıb.

“Azeri Defence” saytının məlumatına görə, Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib:

“Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çullu, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Əbilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş