Prezidenti İlham Əliyev: Azərbaycan Ordusu bu gün döyüş meydanında tam üstünlüyə yiyələnib

Prezidenti İlham Əliyev: Azərbaycan Ordusu bu gün döyüş meydanında tam üstünlüyə yiyələnib

Azərbaycan işğal altında olan torpaqları işğaldan azad edir. Demək olar ki, hər gün cəbhədən xoş xəbərlər gəlir. Hər gün bizim əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirirlər. Eyni zamanda, strtaeji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib olurlar. Beləliklə, əməliyyat planı tam icra edilir, əməliyyat planı müasir döyüş prinsiplərinə əsaslanır. Azərbaycan Ordusu həm maddi-texniki təchizat baxımından, eyni zamanda, döyüş hazırlığı baxımından bu gün döyüş meydanında tam üstünlüyə yiyələnib.

Azeri Defence xəbər verir ki, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Bu gün aparılan döyüşlərdə düşmənin çoxsaylı hərbi texnikasının məhv edildiyini və qənimət götürüldüyünü bildirən dövlət başçısı Ermənistanın itkiləri barədə məlumat verərək deyib ki, bütövlükdə sentyabrın 27-dən bu günə qədər Ermənistan Ordusuna çox böyük zərbə vuruldu – 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, bir “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu, – onlardan 8-ci “Akasiya”, ikisi “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası, 2 RM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 kompleksinin buraxıcı qurğusu, 25 OSA zenit-raket kompleksi, 2 “Kub” zenit-raket kompleksi və sair hərbit texnika məhv edilib. Bundan başqa, 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 27 “İqla” kompleksi və digər avtonəqliyyat vasitələri qənimət götürülüb.

“Onu da bildirməliyəm ki, düşmənin əlində bir dənə də olsun Azərbaycan Silahlı Qüvvələrinə məxsus olan hərbi texnika yoxdur”, – deyə Prezident İlham Əliyev vurğulayıb.

KATEQORIYA:
Bu xəbəri paylaş