Prezidentin köməkçisi: “Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”

Prezidentin köməkçisi: “Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”

Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı raketlərdən, o cümlədən “Smerç” yaylım atəşli reaktiv sistemlərindən istifadə edir. Siz Gəncə şəhərinə səfər edəndə Ermənistanın təxribatının şahidi oldunuz.

Azeri Defence saytının məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev bu gün xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların nümayəndələri üçün keçirilən brifinqdə deyib.

Hikmət Hacıyev bildirib ki, Ermənistan hazırda atəşkəs rejimini kobud şəkildə pozaraq Ağdam, Tərtər, Goranboy və digər rayonları atəşə tutur, gərginliyi daha da artırır və münaqişə ərazisindən kənara çıxır: “Ermənistan münaqişə zonasından uzaqda yerləşən Azərbaycanın şəhərlərini öz ərazisindən atəşə tutur. Bu gün Ermənistan Azərbaycanın Gəncə, Mingəçevir və digər şəhərlərini vurmaq üçün raket komplekslərini hazır vəziyyətə gətirmişdi.

Biz Azərbaycan vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün həmin raket komplekslərinin neytrallaşdırılması istiqamətində tədbirlər gördük. Azərbaycanın bu addımı beynəlxalq qanunlara uyğundur. Çünki beynəlxalq hüquqa əsasən, təhlükəsizliyi təmin etmək üçün təhlükə yaradan hərbi hədəfləri vurmaq hüququ var. Biz bundan əvvəl gördük ki, Ermənistan mülki əhalini hədəf alır, xeyli sayda mülki əhali həlak olur. Bu hadisənin təkrarlanmaması üçün Azərbaycan təhlükə yaradan hərbi hədəfləri neytrallaşdırıb”.

KATEQORIYA:
Bu xəbəri paylaş