
Prezidentin köməkçisi: Ermənistan Azərbaycan xalqına qarşı növbəti soyqırımı aktı həyata keçirir
Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir.
Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıhev özünün sosial media hesabında deyib.
Prezidentin köməkçisi bildirib ki, bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz növbəti soyqırımı aktıdır.
KATEQORIYA: Xəbərlər