Prezidentin köməkçisi: Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç”dən kasetli raketlər atılıb

Prezidentin köməkçisi: Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç”dən kasetli raketlər atılıb

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”.

“Azeri Defence” saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün rəsmi “Twitter” hesabında deyib.

Hikmət Hacıyev bildirib ki, mülki insanlara qarşı kasetli raketlərin istifadəsi qadağandır.

“İki yaşlı körpə qız da daxil olmaqla, 4 mülki şəxs həlak olub, 13 mülki şəxs yaralanıb. Kasetli raketdən istifadə olunduğu üçün itki çoxdur”, – deyə Prezidentin köməkçisi bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş