Prezidentin köməkçisi: Gəncədə 7-dən çox mülki şəxs öldürülüb, 33 nəfər ağır yaralanıb

Prezidentin köməkçisi: Gəncədə 7-dən çox mülki şəxs öldürülüb, 33 nəfər ağır yaralanıb

İndiyə olan məlumata görə, Gəncədə qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb

Azeri Defence saytının məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev özünün sosial media hesabında deyib.

Hikmət Hacıyev bildirib ki, gecə yarısı Gəncə şəhərinin Ermənistanın raket hücumuna məruz qalması nəticəsində 3 yaşayış binası dağıdılıb: “İndiyə olan məlumata görə, qadınlar da daxil olmaqla 7-dən çox mülki şəxs öldürülüb. 33 nəfər ağır yaralanıb, onların arasında uşaqlar da var. Ermənistan azərbaycanlı mülki insanlara hücum etmək üçün humanitar atəşkəsin arxasında gizlənir”.

KATEQORIYA:
Bu xəbəri paylaş