Prezidentin köməkçisi: Ordumuzun dəqiq zərbəsi nəticəsində bunkerdə gizlənən Araik Arutunyan ağır yaralanıb

Prezidentin köməkçisi: Ordumuzun dəqiq zərbəsi nəticəsində bunkerdə gizlənən Araik Arutunyan ağır yaralanıb

Şəhər və kəndlərin hədəf alınması Ermənistanın 30 ildən çox davam edən işğalçılıq siyasətinin tərkib hissəsidir.

Azeri Defence saytının məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.

Azərbaycanın şəhərlərinə kasetli bombalar atılır. Ermənistan terrorçu dövlətdir. Azərbaycan bu hücumların heç birini cavabsız qoymur. Hazırda bu atəşin qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Araik Arutunyanın əmri ilə işğal olunmuş ərazilərdən endirildiyi bildirilir. Mən burdan Araik Arutunyana müraciət etmək istəyirəm. Araik Arutunyan, sən bunkerdə gizlənmişdin, Azərbaycan ordusu səni orada da tapdı. Ordumuzun dəqiq zərbəsi nəticəsində Araik Arutunyan ağır yaralanıb. Digər separatçıları da eyni aqibət gözləyir”, – deyə Hikmət Hacıyev bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş