Prezidentin təltif etdiyi şəxslər arasında keçmiş döyüşçülər də var – ONLAR KİMLƏRDİR

Prezidentin təltif etdiyi şəxslər arasında keçmiş döyüşçülər də var – ONLAR KİMLƏRDİR

Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

“AzeriDefence”nin məlumatın görə, sərəncama əsasən Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş şəxslər orden və medallarla təltif olunublar.

Təltif olunanlar arasında 1992-1994-cü illərdə Qarabağda döyüş əməliyyatlarında iştirak etmiş, qəhrəmanlıq nümunələri göstərmiş, nüfuzlu tabor komandiri və tanınmış hərbi həkim də var.

Zahir HƏSƏNOV

“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş, istefada olan leytenant Zahir Şamxal oğlu Həsənov 1992-ci ilin fevral ayında yaradılan 848 saylı Füzuli özünümüdafiə taborunun (əlahiddə hərbi hissə) yaradıcısı və komandiri olub. Zahir Həsənovun komandir olduğu tabor Füzuli rayonunun ərazilərinin müdafiəsinin təşkilində iştirak edib. 1993-cü ilin dekabr ayında 848 saylı tabor ləğv edilərək, əsasında 702 saylı hərbi hissənin 2-ci motoatıcı taboru yaradılıb və Z. Həsənov tabor komandiri təyin olunub.

İkinci tabor Horadiz əməliyyatında zərbə qüvvəsi kimi iştirak edərək, hərbi hissənin digər bölmələri ilə əlaqəli şəkildə düşmənin müdafiəsini yarıb, qısa müddətdə 12 yaşayış məntəqəsinin işğaldan azad edib. Hücumun birinci günü düşmənin 80-dən çox canlı qüvvəsi, 2 ədəd T-72 tankı məhv edilib, 2 tankı (449 və 161 nömrəli T-72) qənimət götürülərək, ehtiyatda olan ekipaj cəlb edilməklə hücumun davam etdirilməsində istifadə olunub, sursat daşıyan bir ədəd ZİL, bir ədəd “KamAZ” yük maşını, “Şturm-S” tank əleyhinə özüyeriyən raket kompleksi, 4 ədəd MT-LB, 4 ədəd 122 mm D-30 haubitsasını qənimət götürülüb. Zahir Həsənov 11 yanvar 1994-cü il tarixində döyüşlərdə yaralanıb.

Habil ŞİRİNOV

“Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan istefada olan mayor Elçin Rəhman oğlu Çaybasarlı isə 123 saylı alayın komendat bölüyünün komandiri olub. E. Çaybasarlı Ağdərə rayonunun yaşayış məntəqələrinin azad edilməsi uğrunda döyüşlərdə, o cümlədən Artunoqomer kəndinin azad edilməsində qəhrəmanlıq göstərib. Daha sonra digər hərbi hissədə taborun qərargah rəisi vəzifəsində xidmət edib.

Təltif edilənlərin arasında Azərbaycan hərbi tibbinin yaradıcılarından olmuş, istefada olan tibb xidməti polkovnik-leytenantı Habil Sabir oğlu Şirinov da var. “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilmiş polkovnik-leytenant Habil Şirinov müharibənin közərməyə başladığı 1988-ci ildən Ağdərədə erməni separatçıları ilə mübarizədə iştirak edib. Daha sonra Kəlbəcərdə və Laçında hərbi hospitalın formalaşdırılmasında və qoşunların tibb xidmətinin təşkilatçılarından olub.

Azərbaycan Ordusunda hərbi səhra tibb təminatının yaradıcılarından olan Habil həkim atəşkəsdən sonra hərbi hospital rəisi və ordu korpusunun tibb xidmətinin rəisi vəzifələrində çalışıb. Onun sayəsində yüzlərlə ağır yaralı əsgərimiz həyatda qalıb.

Təltif edilənlər arasında istefada olan polkovnik-leytenant Hüseynov Rövşən Səməd oğlu “Azərbaycan Bayrağı” ordeni), Rəhimov Xudaverən Yaqub oğlu (əsgər) və digər veteranlar da var.

Təltif edilən digər veteranlarımızı da təbrik edirik!

 

KATEQORIYA:
Bu xəbəri paylaş