“Proton-K” daşıyıcı-raket kosmik aparatı orbitə buraxılıb

30 mart saat 09.49-da Baykonur kosmodromdan uçan “Proton-K” daşıyıcı-raket kosmik aparatı orbitə uğurla çıxıb.

“AzeriDefence”ə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daşıyıcı raketin orbitə kosmik aparatı çıxarması prosesi problemsiz rejimdə həyata keçirilib. Saat 9.59-da “DM-2” sürətləndirici blok “Kosmos” seriyalı kosmik aparatı “Proton-K” daşıyıcı raketdən ayrılıb və saat 16.27-də aparatı orbitə çıxardıb.

Orbitə çıxışdan sonra aparat “Kosmos 2479” adlandırılıb. Proses yekunlaşdıqdan sonra aparatın idarəsi Hərbi Hava-Kosmik Müdafiə qoşunlarının yerüstü vasitələrinə veriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş