PT-76 tankları təkmilləşdirilib

PT-76 tankları təkmilləşdirilib

“PT Lumindo Artha Sejati” şirkəti İndoneziya Dəniz Piyadaları Korpusunun texnika parkında yer alan sovet istehsalı olan PT-76 yüngül amfibiya tankını təkmilləşdirib.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, təkmilləşdirilmiş PT-76 tankına ABŞ istehsalı olan “Detroit” dizel mühərriki quraşdırılıb.

Bundan başqa PT-76 “John Cockerill” şirkətinin istehsalı olan 90 mm kalibrli Mk III topu və yeni atəş nəzarət sistemi ilə təchiz edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş