PUA-lara qarşı yeni patron hazırlanıb

ABŞ-da pilotsuz uçuş aparatlarının (PUA) zərərsizləşdirilməsi üçün yivsiz silahlar üçün xüsusi patron yaradılıb.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, yüngül PUA-ları zərərsizləşdirmək üçün nəzərdə tutulan “SkyNet Mi-5” patronları “AMTAC Less Lethal” şirkətində istehsal olunub.

İlkin olaraq 600 ədəd belə patron istehsal edilib. Patronlar “Remington Model 870” silahında sınaqdan çıxarılacaqlar.

Əgər testlər uğurlu alınarsa silahlı qüvvələr üçün 6400 patron istehsal olunacaq.

Patronlar 25 kq çəkiyə qədər 1000 metr məsafədə uçan PUA-ları zərərsizləşdirə biləcək.

“SkyNet Mi-5” patronları beş elementdən ibarətdir. Atəşdən sonra patron bir-birinə sapla bağlanmış 5 hissəyə bölünür. Hədəfə dəyəndə isə atəş yeri geniş hissəni əhatə edir və ciddi dağıntıya məruz qalır. Bununla da dron öz müvazinətini itirir.

 

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş