PUA-ları məhv edə biləcək raket sistemi yaradılıb

ABŞ pilotsuz uçuş aparatları (PUA) əleyhinə hazırlanan “Spike” mini raketinin testini keçirib.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

ABŞ-ın “NAWCWD” müəssisəsində istehsal olunan “Spike” mini raketi PUA-nı tək atışla məhv etmək məqsədi ilə hazırlanıb.

Aparılan sınaqlar uğurla nəticələnib.

Məlumatda o da qeyd olunub ki, “Spike” raket artan PUA təhdidlərinə qarşı aşağı xərcli həlli təmin etmək məqsədi ilə hazırlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş