PUA və kiçik təyyarələr üçün elektro-optik kamera

PUA və kiçik təyyarələr üçün elektro-optik kamera

Latviyanın “Octopus ISR Systems” şirkəti hava platformaları üçün çoxfunksiyalı “Epsilon 180” elektro-optik kamerasını təqdim edib.

Şirkətdən “AzeriDefence”ə verilən məlumata görə, “Epsilon 180” elektro-optik kompleksə 30 qat zoom qabiliyyətinə malik Full HD gündüz müşahidə kamerası, 15x zoom qabiliyyətinə malik MWIR sensor, 20 km məsafəyə sahib lazer hədəf göstərici və lazer məsafəölçən daxildir.

“Epsilon 180” elektro-optik kamera sistemi hərbi, sərhəd nəzarət və mülki tətbiqlər üçün istifadə olunan pilotsuz uçuş aparatları və kiçik təyyarələr üçün nəzərdə tutulur.

Kamera <50 uRad RMS-dən az sabitləşdirmə performansı ilə üstün və keyfyyətli görüntü təklif edir.

Daha detallı məlumat üçün baxın: Octopus ISR Systems

KATEQORIYA:
Bu xəbəri paylaş