“Pukkuksong-2” orta mənzilli balistik raketi operativ əməliyyatlara hazırdır

Şimali Koreyanın “Pukkuksong-2” orta mənzilli balistik raketi operativ əməliyyatlar və seriyalı istehsal üçün hazırdır.

“AzeriDefence”nin “Janes” nəşrinə istinadən verdiyi məlumatına görə, bu barədə Şimali Koreya lideri Kim Jong açıqlamasında bildirib.

Məlumatda qeyd olunub ki, mayın 21-də “Pukkuksong-2” orta mənzilli balistik raketin (MRBM) sınaq atışı keçirilib.

“Pukkuksong-2” raketi Cənubi Pyongan əyalətindən yerli vaxtla saat 16:49 radələrində şərq istiqamətinə atılıb.

Təxminən 500 km (310 mil) uçuş edən balistik raket Yapon dənizinə düşüb və raketin sınaqları uğurla nəticələnib.

KATEQORIYA:
Bu xəbəri paylaş