Putin 16 generalı vəzifədən azad etdi

Rusiya prezidenti Vladimir Putin Fövqəladə Hallar və Daxili İşlər Nazirliklərinin, Təhqiqat Komitəsinin 16 generalını vəzifədən azad edilməsi ilə bağlı Fərman imzalayıb.

“AzeriDefence”nin məlumatına görə, bu barədə müvafiq sənəd rəsmi hüquqi informasiya portalında dərc edilib.

Fərmana əsasən, generallardan ikisi vəzifəsi ilə yanaşı həm də hərbi xidmətdən azad edilib. V. Putinin fərmanı ilə Vladlen Aksenov və Pavel Barişev fövqəladə hallar nazirinin müavinləri təyin edilib.

Kadr dəyişikliklərinin səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib.

KATEQORIYA:
Bu xəbəri paylaş